mülki silah

Özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silah

mülki müdafiə sistemi
mülkiyyət hüququ
OBASTAN VİKİ
Mülki
Mülki, beynəlxalq hüquq normalarına əsasən heç bir ölkənin silahlı qüvvələrinə və ya digər silahlı qruplara aid olmayan şəxsdir. Mülki şəxslər hər hansısa bir müharibələrdəki silahlı münaqişələrdə iştirak etməyən şəxslərdirlər və onların hüquqları və təhlükəsizlikləri müxtəlif beynəlxalq müqavilələr ilə qismən təmin edilmişdir. Mülki sözü bəzən müxtəlif peşə qrupları tərəfindən həmin peşə qrupuna daxil olmayan insanları müəyyən etmək üçün məcazi mənada da istifadə olunur. Türk dilinə fransız dilindəki söz olan "sivil" sözündən daxil olmuşdur. Bu sözün mənşəyi latın dilindəki civilis sözü və ondan əvvəlki civis (vətəndaş) sözüdür. Mülki sözü həmçinin də bir anlayışın və ya orqanın qeyri-hərbi olduğunu göstərmək üçün sifət kimi istifadə olunur. Məsələn: mülki aviasiya və s.
Silah
Silah — insanların və ölkələrin bir başqa insana və ya ölkələyə qarşı müdafiə və müqavimət üçün istifadə etdiyi alətdir. Silahlardan həm də özünü müxtəlif yırtıcılardan və təhlükəli obyektlərdən qorumaq üçün istifadə edilir. İlk dəfə odlu silah XIV əsrdə Çində ixtira olundu. Daha sonra bu odlu silahlar Yaxın Şərqə, Avropaya və Afrikaya yayıldı. Hətta silahda istifadə olunan barıtı da çinlilər ixtira edib. Bu isə IX əsrdə ixtira olunub. Silahlar iki yerə bölünürlər: soyuq və odlu. Soyuq silahlara bıçaq, şüşə parçası, kəsici alətlər, sağlamlığa zərər verə biləcək bütün bərk əşyalar və s. aiddirlər. Soyuq silahlar da iki yerə bölünürlər: cinayət məsuliyyəti daşıyan və daşımayan.
Mülki (Abaran)
Mülki — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonununda kənd. Abaran çayının sahilində yerləşir.Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Kəndin digər adı Mülkünkənd, Mülkümkənd olmuşdur. Toponim ərəb dilində «dövlətə aid», «qeyri-hərbi, qeyri-əsgəri» mənasında işlənən mülki sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. Ermənilər buraya 1829-cu ildə İrandan köçürülüb yerləşdirilmişdir.
Mülki aviasiya
Mülki aviasiya, həm özəl, həm də kommersiya baxımından bütün qeyri-hərbi aviasiyaları təmsil edən iki əsas uçuş kateqoriyasından biridir. Dünyanın əksər ölkələri Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) üzvüdür və bu agentlik vasitəsilə mülki aviasiya üçün ümumi standartlar və tövsiyə olunan təcrübələrin yaradılması üçün birlikdə çalışırlar. Civil aviation includes two major categories: Planlaşdırılmış hava nəqliyyatı, müntəzəm marşrutlarda işləyən bütün sərnişin və yük uçuşları daxil olmaqla; və Ümumi təyinatlı aviasiya, özəl və ya kommersiya kimi bütün digər mülki uçuşlar da daxil olmaqla Planlaşdırılmış hava nəqliyyatı sərnişin sayı baxımından daha böyük əməliyyat olsa da, ümumi təyinatlı aviasiya uçuşların sayında daha böyükdür (və uçuş saatlarına görə). Bəzi ölkələr, təyyarələrin istifadəyə verildiyinə görə tənzimləmə fərqi də göstərir: Kommersial aviasiya uçuşların əksəriyyətini və ya hamısını, xüsusən də hava yollarında planlaşdırılan xidmətlər daxildir; və Özəl / biznes aviasiya hər hansı bir mükafat almadan öz məqsədləri (istirahət, işgüzar görüşlər və s.)üçün uçan pilotlar daxildir. Bütün planlaşdırılan hava nəqliyyat kommersiya, lakin ümumi aviasiya həm kommersiya və özəl ola bilər. Normalda, pilot, təyyarə və operatorun hamısı ayrıca kommersiya lisenziyası, qeydiyyatı və istismar sertifikatları vasitəsilə kommersiya əməliyyatları aparmaq səlahiyyətinə sahib olmalıdırlar. İkinci dünya müharibəsindən sonra ticarət aviasiyası sürətlə böyüdü və əsasən hərbi təyyarələrdən istifadə edərək insanları və yükləri daşıdı. Bu böyümə, B-29 və Lancaster kimi ağır və həddindən artıq ağır bombardmançı təyyarələrini kommersiya təyyarələrinə çevrilməsi ilə nəticələndi. DC-3 də daha asan və uzun kommersiya uçuşları üçün düzəldi. Reaktiv təyyarə ilə ilk kommersial uçuş de Havilland Comet təyyarəsi ilə yerinə yetirilib.
Mülki hüquq
Mülki hüquq — fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini, onların əmlak və şəxsi qeyri əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi və xitam verilməsi qaydasını müəyyənləşdirən, müqavilə ilə yaranan öhdəlik münasibətlərini və əmlak və şəxsi qeyri əmlak münasibətlərini tənzimləyən hüquq sahəsidir. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Əmlak və qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. İstər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi; mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; mülkiyyətin toxunulmazlığı; müqavilələr azadlığı; şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.Mallar, xidmətlər və maliyyə vəsaiti Azərbaycan Respublikasının bütün ərazisində sərbəst hərəkət edir. Əgər insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının və sağlamlığının müdafiəsi, təbiətin və mədəniyyət sərvətlərinin qorunması üçün zəruridirsə, malların və xidmətlərin hərəkəti üçün məhdudiyyətlər qanuna müvafiq surətdə tətbiq edilə bilər.
Mülki müdafiə
Mülki müdafiə — dinc dövrdə və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.
Mülki tac
Mülki tac (lat. Corona civica) — Qədim Romada ikinci ən əhəmiyyətli hərbi mükafat. Bu, palıd yarpaqlarından ibarət çələng idi. Mülki tac legionerlərin həyatının qorunmasına verdiyi töhfəyə görə təqdim edilmişdir. Sulla islahatlarından sonra mülki tacla təltif olunan hər kəs senatda da yer almağa başlamışdır. Qanun həmçinin bütün ictimai toplantılarda mülki tac taxmağı məcbur qılmışdır. Oktavian Avqust Roma vətəndaşlarının həyatını xilas etməklə nəticələnən növbəti vətəndaş müharibəsinin qarşısını aldığı üçün mülki tacı ilə təltif edilmişdir. Sonradan mülki tac Roma imperatorlarının üstünlüyü və əlamətdar xüsusiyyətinə çevrilmişdir.
Mülki tarix
Mülki tarix — Dünyada qəbul edilən əsas tarixdir. Yəni tarixi hadisələrə heç bir münasibət bildirilmir, tarix olduğu kimi yazılır.
Mülki bənd
Mülki bənd (alm. Zivilklausel‎) və ya vətəndaş bəndi — akademik qurumlar tərəfindən müstəsna olaraq mülki (yəni qeyri-hərbi) tədqiqatlarla məşğul olmaq üçün könüllü öhdəlik. İdeya Yaponiyada yaranmışdır. 1950-ci ildə Yaponiya Elm Şurası üzvlərinin hərbi ilə bağlı tədqiqat layihələrində iştirakdan imtina edəcəyini müəyyən etmişdir. Belə bir bəyannamə 1967-ci ildə və 2017-ci ildə təkrarlanmışdır. Almaniyada Bremen Universiteti ilk olaraq mülki bəndi qüvvəyə mindirmişdir. Onun 1986-cı il tarixli 5113 saylı qətnaməsində deyilir: Bu bəyannamə 1992-ci ildə və 2020-ci ildə yenilənmişdir.
Mülki (dəqiqləşdirmə)
Mülki - qeyri-hərbi
Batareya (silah)
Batareya — bir neçə topdan, haubitsadan, raket, zenit və artilleriya qoşun növünə aid başqa qurğulardan ibarət ordu bölüyü. Batareyalar artelleriya divizionu təşkil edir.
Etnik silah
Katyuşa (silah)
Katyuşa — BM-8 (82mm), BM 13 (132 mm) və BM-31 (310 mm) reaktiv artilleriyalarından ibarət hərbi maşınlara verilmiş qeyri-rəsmi addır. Bu qurğular ikinci dünya müharibəsi ərəfəsində SSRİ qoşunları tərəfindən aktiv istifadə edilmişdir. Almanlar buna "Stalin orqanı" adını vermişlər. Çünki arxadan bu silah sistemi orqan musiqi alətinə oxşayırdı. Adi artilleriya qurğularına nisbətən Katyuşa qısa müddətdə bir neçə raket ata bilir. Bununla o düşmən tərəfini qorxuya salır və eyni zamanda onlara cavab verməyə imkan vermir. Sadə konstruksiyaya malik olması onun istənilən şəraitdə tətbiqinə imkan yaradır. Böyük atəş sahəsinə malikdir. Ancaq bu sistemin də öz çatışmazlıqları vardır. katyuşa raketləri artilleriya mərmilərinə nisbətən daha çox yanacaq istifadə edir və qeyri dəqiqdir.
Kiber-silah
Kiber-silah (ing. Cyberweapon) — informasiya texnologiyalarına əsaslanan digər sistemlərin strukturuna və əməliyyatlarına ziyan vurmaq üçün yaradılmış, informasiya texnologiyalarına əsaslanan sistem (aparat təminatı, proqram təminatı və kommunikasiya mühitindən ibarət olur)..
Kimyəvi silah
Kimyəvi silah — zəhərləyici təsirə malik tseriksonik maddələrin toksik xassələrinə əsaslanan kütləvi qırğın silahıdır. Tətbiq vasitələri isə – raketlər, mərmilər, minalar, aviasiya bombalarıdır. Axırıncı dəfə kütəvi olaraq kimyəvi silahdan Birinci dünya müharibəsində istifadə olunub. Kimyəvi silahı aşağıdakı xüsusiyyətlərinə görə təsnif olunur: İnsan orqanizminə təsir xarakterinə görə; Taktiki təyinatına görə; Təsir tezliyinə görə; Dayanıqlığına görə; Tətbiq vasitələrinə görə. Taktiki cəhətdən kimyəvi silahlar 2 tipə bölünür: Öldürücü (sinir-paralitik, dəri- deşici, ümumi zəhərləyici, boğucu təsirli); Ziyanverici (Psixotrop maddələr və İrritantlar). Təsir sürətinə görə kimyəvi silahlar: Tez (sinir-paralitik, ümumi zəhərləyici, qıcıqlandırıcı və bəzi psixotrop maddələr); Gec(dəri- deşici, boğucu təsirli və bir neçə növ psixotrop maddə) təsir edən maddələr ayrılır. Təsir müddətinə görə kimyəvi silahlar: Uçucu ya dayanıqsız (təsiri dəqiqələrlə hesablanır); Dayanıqlı maddələr (təsiri bir neçə saatdan bir neçə həftəyə qədər). Elə kimyəvi tərkiblər var ki, onların istifadəsi canlı qüvvəyə qarşı istifadə olunmur. Məsələn, Vyetnam müharibəsində ABŞ ağaclardan yarpaqları tökən maddə – tərkibində dioksin olan dioksin "Agent Orange" istifadə etmişdilər. İnsan orqanizminə təsirinə görə aşağıdakı 6 növ zəhərləyici maddə var.
Nasoslu silah
Nasoslu silah, istifadə edilmiş olan bir döyüş sursatının gilizini çıxarmaq və yeni bir döyüş sursatını atəş açmağa uyğunlaşdırmaq üçün bir irəli və geriyə hərəkət etdirmək mexanizmi ilə işləyən bir silahdır. Yenidən yükləmə zamanı tətiyin buraxılmasını tələb etmədiyindən, qurmalı silahdan və manivelalı silahlardan daha sürətlidir.
Odlu silah
Odlu silah — güllənin, minanın və mərminin patrlayıcı maddənin yanmasından yaranan qaz vasitəsilə lüləsindən atılan silah. Birbaşa hədəfə dəymə (artilleriya mərmisi, mina, güllə) və hədəfə çatdıran vasitəyə (top, minaatan, güllə) bölünür. Odlu silahların artilleriya qurğusuna, tüfəng və qumbaraatan tənifatı da vardır. Odlu silaha reaktiv atəş qurğuları da aiddir.
Ox (silah)
Ox — Yay vasitəsilə atılan ucu sivri və ya ucuna dəmir metal bərkidilmiş silah növü. Ox qədim zamanlardan bəri heyvanların ovlanmasında istifadə edilmişdir. İbtidai-icma quruluşunun Mezolit dövründə ixtira edilən ox və kaman insanların heyvanları ovlamaq üsullarını xeyli sadələşdirmişdir. Orta əsrlərdə oxdan daha çox müharibələrdə istifadə olunurdu. Döyüşdən əvvəl oxçu dəstələrin hər biri qarşı tərəfə 2 və ya 3 ox atırdılar.
PK (silah)
PK (rus. Пулемёт Калашникова). Mixail Kalaşnikovun 1960-cı ildə konstruksiya etdiyi pulemyot.
Psixoloji silah
Psixoloji müharibə (sin. psixoloji əməliyyatlar) — düşmən qoşunlarına (qüvvələrinə) və əhaliyə onları ruhdan salmaq və müqaviməti dayandırmağa sövq etmək məqsədi ilə psixoloji təsir. Hərbi əməliyyatlara hazırlıq və/və ya hərbi əməliyyatlar zamanı həyata keçirilə bilər. SSRİ-də xüsusi təbliğat termini eyni mənada işlədilirdi. Qədim dövrlərdən bəri hökmdar və sərkərdələr müharibədə düşməni öz döyüş gücü ilə qorxutmağa çalışmışdır. Belə ki, məsələn Yunanıstana yürüşdən əvvəl - e.ə.480-ci ildə Əhəməni hökmdarı I Kserks ordusunun böyüklüyü ilə bağlı şayiələr yayaraq bəyan edirdi ki, “əgər bütün İran döyüşçüləri yaylarını atsalar, oxlar günəşin qarşısını kəsəvək”. O, hətta əvvəllər ona İran ordusunun çoxluğunu nümayiş etdirərək əsir götürülən yunan casusunu da öz başına buraxdı. Çingiz xan və Hannibal da hələ döyüş başlamazdan əvvəl, qəsdən "yeni gizli silahlar" - döyüş filləri, "odlu ilanlar", zəhərli tüstü və s. haqqında şayiələr yayırdılar. Əhəməni qoşunlarına qarşı çıxan afinalılar iranlı tərəfdarların sıralarını parçalamağa çalışırdılar.
Qrad (silah)
Qrad (indeski 9K51) — Sovet istehsalı 122 mm reaktiv yaylış atəş sistemidir. "Katyuşa" sisteminin bazasında yaradılmış bu sistem "Ural-375" və ya "Ural-4320" avtomobillərinin üzərində quraşdırılır. "Qrad-1" (9K55) sistemi 9P138 əsasında mövcud olan "Qrad"-ın təkmilləşdirilmiş formasıdır. NATO ölkələrində sistem M1964 adı ilə tanınır. Orduda istifadəyə 1963-cü ildən götürülmüşdür. Hədəfi vurma məsafəsi 30 km-dir. Bir dəfəyə 40 ədəd mərmi atır. Çapı 122 mm-dir. Qrad sistemi növündən asılı olaraq "Ural-375" və "Ural-4320" avtomobillərinin üzərində quraşdırılır. "Qrad-1" modifikasiyası üçün ZİL-131 avtomobili tətbiq olunur.
Qurmalı silah
Qurmalı silahı (Bolt action), qundağa bağlanma yerinin qarşısında, patron yatağının arxasında və tətiyin üstündə və tüfəngdən istifadə edən şəxsin əli tərəfdə (ümumiyyətlə sağda) yerləşən bir qurma qolu ilə atəş açmaq üçün hazırlanan odlu silah növüdür. İkinci dünya müharibəsi dövrünə qədər (İkinci Dünya Müharibəsində müharibəyə qatılmış bütün ordular ABŞ-dən başqa əsasən Bolt Action silahlarına sahib idi və bu silahlardan başqa əsgərlərini pulemyot və tapança ilə silahlandırırdılar) ikidən artıq patron götürə bilən piyada tüfənglərində seçilən və düzəldilməsi mümkün olsa da, müasir dövrdə artıq ordularda az atış tutumuna ehtiyac duyan (məsələn, snayperlər) və ov ilə ovçunun mümkün qədər bərabər olmasını təmin edən ovçular tərəfindən sevilir. Yarım avtomatik yivli silahları dəqiq atış qabiliyyətinə malik olan şəkildə dizayn etmək də asan məsələ olmadığından, Bolt actionlar daha ucuz və daha yüksək vuruş dərəcələri olan modellər şəklində istehsal olunurlar. Bundan əlavə, bu sistemin çox xarizmatik və gözəl olduğunu düşünən mülki atıcılar (xüsusən ovçular) yarı avtomatik silahla yırtıcının ard-arda vurulmasının həm etikaya uyğun olmadığını, həm də əyləncəli olmadığını nəzərə alaraq bu sistemi seçirlər. Hal-hazırda Türkiyədə yarı avtomatik yivli ov tüfənglərinə daşıma sənədi verilmir, məhz buna görə yivli silahlar ilə ova çıxmaq istəyən şəxslər yalnız Bolt action modelləri ilə qanuni olaraq ova çıxa bilirlər.
Soyuq silah
Soyuq silahlar istifadəsi zamanı partlayıcı maddələrdən istifadə olunmayan silah növləridir. Onlar sadə konstruksiyaya malik olub əlbə-yaxa döyüşlərdə istifadə olunurlar. Soyuq silahların tətbiqi əzələ qüvvəsinə əsaslanır.
Top (silah)
Döyüş topu — ağir artilleriya silahı. Böyük güllə şəklində olan ağır mərmiləri uzaq məsafəyə atmaq üçün yaradılmışdır. İlk dəfə Çində və Avropada istifadə edildi. Chase, K. W. Firearms: a Global History to 1700. — Cambridge University Press. — 2003. — 290 p. — ISBN 0521822742 Kelly, Jack. Gunpowder: Alchemy, Bombards, and Pyrotechnics: The History of the Explosive that Changed the World. — Basic Books.
Yivsiz silah
Yiv — silahların malik olduğu mərmini döndərmək qabiliyyətidir. Lülənin içərisinə doğru açılan spiral oyuqlara deyilir. Yiv mərminin dönməsini təmin edərək sürət qazanmasını, beləliklə də, öldürücü bir gücə və təsirliliyə çatmasını təmin edir. Yivsiz silahlar əsasən öldürücü deyildirlər. Ancaq atəş açılacaq bölgə və seçiləcək mərminin fiziki xüsusiyyətləri çox vacibdir. Tanklardan əsasən yivsiz toplardan istifadə edilir. Yivsiz top mərmiləri yivli top mərmilərindən fərqli xüsusiyyətləri ilə seçilirlər.